İsitmə sitemi

  • İsitmə sistemləri İlin soyuq dövründə yaşayış və ictimai binalarda xaricə itən istiliyi bərpa edərək mühitdə komfort şərait yaratmaq məqsədilə isitmə sistemlərindən istifadə olunur. İstiliyi hasil edən mənbə, onu nəql edən qurğular və istilik işlədiciləribirlikdə istilik təchizatı sistemini təşkil edir. Hasil edilən istilik enerjisinin əsas hissəsi isitmə sistemlərində istifadə edilir. 
  • İsitmə sistemləri müxtəlif göstəricilərinə görə növlərə ayrılırlar. İstilik mənbəyinin yerləşməsinə (yerli və mərkəzi), istilik daşıyıcısının növünə (su, buxar, hava, yanma məhsulları) görə isitmə sistemləri fərqlənirlər. Su isitmə sistemlərinin özləri də sistemdə istilik daşıyıcısının dövretməsinin təşkilinə (təbii və məcburi), boruların sayına (bir borulu, iki borulu), onların yerləşməsinə (aşağıdan və yuxarıdan paylanan, horizontal və şaqli) görə növlərə ayrılırlar. Istiliyiisidilən mühitə çatdırmaq üçün aşağıdakı sistemərdən istifadə etmək olar: Radiator isitmə sistemləri; Döşəmə isitmə sistemləri; Fankoyl-çiller isitmə-soyutma(iqlim)sistemləri; Bunlardan ən geniş yayılanı, səmərəli və gigiyenik cəhətdən digərlərindən üstün olan radiator isitmə sistemləridir. 
  • Radiatorlar panel tipli, çuqundan hazırlanmış, seksiyalı, bimetallik və s. olurlar. Hazırda fankoyl-çiller isitmə-soyutma sistemlərindən də geniş istifadə olunur. Bu sistemlər əsasını çiller və fankoyllardan ibarət olur. Çiller əsasən soyuqluq hasil etmək üçün istifadə edilir. Həm istilik, həm də soyuqluq hasil edən çillerlərdən də istifadə edilir. Fankoyl isə ventilyatorlu isitmə cihazıdır. Onlardan qış dövründə isitmə, yay dövründə isə soyutma üçün istifadə edilir. 
  • Qışda fankoyla çillerdən və ya isti su qazanından isti su, yayda isə çillerdən soyuq su verilir. Fankoylların müxtəlif modelləri vardır: döşəmə tipli, divar tipli, tavan tipli, kaset tipli və s.. İsti və soyuq suyun fankoyla verilməsi üçün onlar 2 borulu və 4 borulu hazırlanırlar. Fankoyl cihazlarının istilik (soyuqluq) məhsuldarlığı otaqdakı idarəetmə paneli vasitəsilə idarə olunur. Otaq daxilində komfort istilik rejimi yaratmaq üçün otağın döşəmədən isidilməsi daha məqsədəuyğun hesab olunur. 
  • Döşəmə isitmə sistemlərində istilik otağa əsasən şüalanma yolu ilə verilir. Bu sistemlərlə qızdırılan otaqlarda soyuq hava cərəyanları olmur və otağın qızması hər yerdə bərabər olur. İctimai, istehsal və yaşayış binalarının istilik və isti su ilə təminatı üçün istilik mənbəyi kimi qazanxanalardan, istilik elektrik mərkəzlərindən istifadə olunur. Istilik mənbələrində yanacağın yandırılması prosesində alınan istiliyin hesabına buxar qazanxanalarında buxar, isti su qazanxanalarında isə isti su alınır. Şirkətimiz müasir texnoloji tələblərə cavab verən, ən müasir avadanlıqlar ilə təchiz olunmuş qazanxanaların quraşdırılması ilə məşğul olur. 
  • Bu avadanlıqlara qazan, odluq, nasos, genişlənmə çəni, boyler, təbəqəli istilik mübadiləedici aparatları və qazanxana armaturlarını misal göstərmək olar.