VRF sistemi Variable Refrigerant Flow (VRF) və ya Variable Refrigerant Volume (VRV) sözlərinin baş hərfləri ilə adlandırılan soyutma sistemləridir. VRF sistemləridə bir çöl bloka birneçə iç blok bağlana bilən sistemdir. VRF sistemləri freon qazının lazımi ölçüdə çöl blokdan iç bloklara ötürülərək soyutma və isitmə işini həyata keçirdir. Sistem ofis binaları, anbarlar, otellər və. s. binalarda mərkəzləşdirilmiş system olaraq istifadə olunur. Eyni zamanda bu sistemlər ölçüsü böyük olan məzillərdə də istifadəsi mümkündür. Bu sistemlərin daxilində quraşdırılmış avtomatika sistemi, invertor sistemi və freon qazı vasitəsi ilə daha konforlu və enerjiyət qənaət etməklə digər sistemlədən seçilir
VRF sistemlərində xarici blok və daxili bloklar mis borular vasitəsi ilə bir birinə bağlanır. Mis borular qaynaq vasitəsi ilə bir birinə qoşulur. Sistemin düzgün işdəməsi üçün düzgün qaynaq və düzgün qoşulma cox vacibdir. Bu sahədə ixtisaslaşmış peşəkar ustalarımız qaynaq işlərinə və digər quraşdırılma işlərinə çox diqqətlə yanaşirlar. Keyfiyyətli montaj systemin düzgün işləməsində ən vacib şərtlərdən biridir.